İdman

Dünya çempionatının gümüş mükafatçısı: “Buraxdığım səhvə görə məğlub oldum”

Sharing is caring!


“Buraxdığım səhvə görə məğlub oldum”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyada keçirilən dünya çempionatında gümüş medal əldə edən Azərbaycanın yeniyetmə cüdoçusu Əbil Yusubov deyib.

66 kq çəki dərəcəsində mübarizə aparan idmançı polşalı Şimon Şulikin onun səhvindən yararlandığını bildirib: “Finala qədər, demək olar ki, əksər rəqiblərlə daha əvvəl üz-üzə gəlmişdik. Amma onu tanısam da, qarşılaşmamışdıq”.

60 kq-da gümüş medal əldə etmiş Məhəmməd Musayev isə turnirə yaxşı hazırlaşdıqlarını söyləyib: “Təlim-məşq toplanışları keçmişdik. Bu dəfə gümüş medal əldə etdim. Qarşıdakı turnirlərdə daha yaxşı nəticə qazanmağa çalışacağam. Finalda uduzduğum İsrail təmsilçisi İzak Aşpiz mən Avropa çempionu olanda bürünc medal qazanmışdı. Bu dəfə o qalib gəldi”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir