Dünya

İranda terror aktının törədildiyi ziyarətgah ətrafında əcnəbilərin yaşaması qadağan edildi – FOTO

Sharing is caring!


Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına edilən silahlı hücumdan sonra ibadət məkanı ətrafında əcnəbi vətəndaşların məskunlaşmasına qadağa qoyulub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Fars əyalətinin valisi Məhəmməd İmamiyə dini məkanların təhlükəsizliyini artırmaq məqsədi ilə yeni tədbirlərdən danışarkən bildirib.

Onun sözlərinə görə, ETTELAAT-a (Təhlükəsizlik və Kəşfiyyat) məlumat vermədiyi təqdirdə müqəddəs ziyarətgahların ətrafındakı 57 hektarlıq ərazidə əcnəbi vətəndaşların yaşaması  qadağandır. Bundan başqa Şirazda bir sıra iş yerlərində əcnəbilərin ETTELAAT-ın icazəsi olmadan işə götürülməsi qadağan edilib.

Xatırladaq ki, Şahçıraq ziyarətgahına edilən terror aktı nəticəsində 13 nəfər ölmüş, 20 nəfər isə yaralanmışdı.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir