İdman

Canni De Byazi: “İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”

Sharing is caring!


“İordaniya kağız üzərində böyük səslənməsə də, yaxşı komandadır”.

Oxu.Az xəbər ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis matça hazır olduqlarını bildirib:

“Belçika ilə oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçika ilə görüşü yaxşı keçirmişdik. Sabah maraqlı mübarizə olacaq”.

Belçika ilə matçı bir daha xatırlayan çalışdırıcı 0:1 hesablı məğlubiyyətə baxmayaraq, komandasının həmin görüşdəki performansından razılıq edib:

“Belçikaya uduzmağımızın səbəbi qarşımızda çox güclü rəqibin olması idi. Əllərinə düşən bir şansdan da yararlandılar. Buna baxmayaraq, komandamın çıxışından razı qaldım. Kollektiv şəkildə yaxşı oynadıq. Oktyabrdakı rəsmi görüşlər öncəsi sabah axşam bizi vacib test gözləyir. Gələn ay kimlərin heyətdə yer alıb-almayacağı da sabahkı qarşılaşmadan asılı ola bilər”.

O, rəqib qismində İordaniyanı seçmə səbəbini açıqlayıb:

“İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.

Qeyd edək ki, sentyabrın 12-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya oyunu saat 20:00-da start götürəcək

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir