Dünya

“Oppenheymer” İkinci Dünya müharibəsi haqqında ən çox gəlir gətirən film oldu

Sharing is caring!


Kristofer Nolanın “Oppenheymer” bioqrafik trilleri dünya üzrə 500 milyon dollar qazanıb.

O, indiyədək ən çox gəlir gətirən İkinci Dünya müharibəsi filmi olan Maykl Beyin 2001-ci ildə ekranlara çıxmış “Pörl Harbour”unu geridə qoyub.

Baş rolda Killian Mörfinin çəkildiyi “Oppenheymer” ilk dəfə iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir.

Xatırladaq ki, rejissor Kristofer Nolan “Qara cəngavər”, “Başlanğıc”, “İnterstellar” kimi filmlərin müəllifidir.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir