Dünya

Rusiyadakı nasist düşərgəsinin yerində yüzə yaxın cəsədin qalıqlarını tapıldı

Sharing is caring!


Leninqrad vilayətinin Volosovski rayonunda keçmiş faşist “Dulaq-102” konsentrasiya düşərgəsinin yerində 100-ə yaxın cəsədin qalıqları aşkar edilib.

Rusiya İstintaq Komitəsinin Leninqrad vilayəti üzrə İstintaq İdarəsinin Mətbuat Xidməti bildirib ki, ilkin məlumatlara görə, ərazidə iki minə qədər edam edilmiş məhbusun cəsədi ola bilər.

Qeyd olunur ki, cəsədlərin qalıqları ilə bərabər şəxsi əşyaların və geyimlərin fraqmentləri də aşkar edilərək götürülüb.

Məsələ ilə bağlı araşdırma aparılır. Əldə edilmiş cəsəd qalıqlarına əsasən, ölənlərin yaşını, cinsini və ölüm səbəbini müəyyən etmək üçün istintaq artıq məhkəmə-tibbi ekspertizası təyin edib.

Hazırda ərazidə axtarış tədbirləri davam etdirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir