Dünya

MDB Oyunları: Azərbaycanın çimərlik futbolu yığması qələbə qazandı

Sharing is caring!


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında növbəti matçını keçirib.

“Report”un məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşan yığma 7:3 hesablı qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi görüşdə digər qolları İsa Zeynallı, Ramil Əliyev, Elçin Qasımov, Orxan Məmmədov və Elşad Manafov vurublar.

Milli komanda turnirdə növbəti oyununu avqustun 8-i saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir