Cəmiyyət

Lənkəranda dənizdə batan üç nəfərdən ikisi xilas edilib, birinin meyiti tapılıb

Sharing is caring!


Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarət edilməyən çimərlikdə batmaq üzrə olan bir nəfər batıb, iki nəfər xilas edilib.

“Report”un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilasedicilərinin ərazidə apardıqları axtarış işləri nəticəsində Lerik rayon Ambu kənd sakinləri – 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Cavad oğlu Rufullayev xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Üçüncü şəxs – Lerik rayonunun Bırkandul kənd sakini İsa Teyyub oğlu Əliyevin meyiti tapılıb.

Meyitə baxış keçiriləndən sonra aidiyyəti üzrə təhvil veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir