Dünya

“Mançester Siti” futbol tarixinin ən bahalı müdafiəçi transferini reallaşdırdı

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. “Şəhərlilər” Almaniya “Leypziq”inin müdafiəçisi Yoşko Qvardiolu transfer edib. “Mançester Siti” 21 yaşlı futbolçu üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. Bununla da xorvatiyalı oyunçu tarixin ən bahalı mərkəz müdafiəçisi olacaq. Keçid tezliklə açıqlanacaq. Qeyd edək ki, Yoşko Qvardiol “Leypziq”ə 2021-ci ildə 18 milyon avro müqabilində Xorvatiyanın […]

Dünya

Çempionlar Liqası: Daha səkkiz komanda III raunda vəsiqə qazandı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. İkinci oyun günündə keçirilən səkkiz qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub. “Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın […]

Dünya

Özbəkistanda ilk universal traktor istehsal edilib – FOTO

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çirçik kənd təsərrüfatı maşınqayırma müəssisəsinə baş çəkib. “Telegram” kanalında yayılan məlumata görə, dövlət başçısı müəssisədə yığılmış kənd təsərrüfatı texnikalarının ilk nüsxələrinə baxış keçirib. Prezidentə məlumat verilib ki, müəssisədə ilk yerli məhsul olan universal traktor istehsal edilib. Qeyd edək ki, müəssisə ölkə başçısının 2021-ci ilin noyabrında imzaladığı sərəncama əsasən, Çirçik kənd təsərrüfatı […]

Dünya

ABŞ Senatında həyəcan: Əməkdaşlar təxliyə edildi – VİDEO

ABŞ-nin Kapitoli polisi içərisində silahlı şəxsin olması barədə məlumatla əlaqədar Senat binalarında axtarışlar aparıldığını bildirib. “Bizim əməkdaşlarımız 911-in zənginə cavab olaraq, Senatın inzibati binalarında və ətrafında axtarışlar aparırlar”, – polisin məlumtında deyilir. Qeyd olunur ki, hazırda mümkün atışmalarla bağlı təsdiqlənmiş məlumat yoxdur. Bildirilir ki, fövqəladə hallar xidmətləri ABŞ Senatının ofisinin binasını mühasirəyə alıb və əməkdaşlarını […]

Dünya

Azərbaycanın iki güləşçisi dünya çempionu oldu

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb. Güləş Federasiyasından verilən məlumatına görə, 45 kiloqramda Turan Daşdəmirov və 60 kiloqramda Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub […]

Dünya

Peskovdan Putin-Ərdoğan görüşü barədə AÇIQLAMA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib. “Putin və Ərdoğan birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün […]

Dünya

İdmançımız Avropa çempionatında qızıl medal qazandı – FOTO

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib. Yarışda 34 ölkədən 394 atlet (187 qadın və 207 kişi) iştirak edir. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar. Bu gün onlardan son olaraq Əli Şükürlü […]

Dünya

Üç min avtomobil 10 gündür ki yanır – FOTO

İyulun 24-də Niderland sahillərində “Fremantle Highway” gəmisində baş verən yanğın hələ də söndürülməyib. Almaniyadan Misirə gedən, bortunda təxminən 25-i elektrik olmaqla 3 minə yaxın avtomobil olan gəmi söndürmə suyundan istifadə edilərsə, çevrilə bilər. Bu cür təhlükə qarşısında yanğına müdaxilə etmək çətinləşib. Ehtimal olunur ki, gəmi batsa, yanacaq suya qarışacaq və bu, böyük ekoloji fəlakətə səbəb […]

Dünya

İngiltərə Premyer Liqası “İdman TV”də yayımlana bilər

İngiltərə Premyer Liqasında (İPL) 2023/24 mövsümünün startına sayılı günlər qalıb. Oxu.Az xəbər verir ki, avqustun 11-də “Bernli” – “Mançester Siti” qarşılaşması ilə yeni mövsüm başlayacaq. Hələ də Azərbaycanda çempionatın yayımlanıb-yayımlanmayacağı bəlli deyil. Ölkəmizdə “Dumanlı Albion” futbolu həvəskarlarının sayı çoxdur və durum onların narahatlığına səbəb olub. Dünyanın ən populyar çempionatı hesab edilən liqa Azərbaycanda yayımlanacaqmı? Ötən […]

Dünya

Zaxarova: “Rusiya Bakı ilə Qarabağın erməni icması arasında danışıqların başlanmasını dəstəkləyir”

“Rusiya Bakı ilə Azərbaycanın Qarabağ bölgəsindəki erməni icmasının nümayəndələri arasında danışıqların başlanmasını dəstəkləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı deyib. “Bu mövzu maraqlı tərəflərlə görüşlərimizin gündəliyindədir. Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyəti arasında görüşlərin təşkilinə yardım edib. Bundan sonra da lazımi yardımı göstərməyə hazırıq. Rusiya heç bir ilkin […]