Dünya

Üç min avtomobil 10 gündür ki yanır – FOTO

Sharing is caring!


İyulun 24-də Niderland sahillərində “Fremantle Highway” gəmisində baş verən yanğın hələ də söndürülməyib.

Almaniyadan Misirə gedən, bortunda təxminən 25-i elektrik olmaqla 3 minə yaxın avtomobil olan gəmi söndürmə suyundan istifadə edilərsə, çevrilə bilər. Bu cür təhlükə qarşısında yanğına müdaxilə etmək çətinləşib.

Ehtimal olunur ki, gəmi batsa, yanacaq suya qarışacaq və bu, böyük ekoloji fəlakətə səbəb olacaq.

Bunun qarşısını almaq üçün Ümumdünya Dəniz Təşkilatı təhlükəsizlik tədbirlərini araşdırır, bir çox ətraf mühit təşkilatları hadisəni yaxından izləyir.

Qeyd edək ki, yanğın zamanı bir nəfər ölüb, 22 ekipaj üzvü yüngül xəsarətlərlə xilas edilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir