Asiya

“Fənərbaxça”nın ulduzu Pelkas İstanbulda evlənir

“Fənərbaxça”nın ulduzu Pelkas ailə həyatı qurmaq üçün İstanbulu seçib. Xəbəral.az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən Fənər Rum Patriarxlığında mərasim və qeyd etmə proqramı ilə toy Esma Sultan Köşkündə iyun ayında keçiriləcək. Yunan mətbuatında yer alan xəbərə görə, “sarı lacıvertlər” futbolçu iyun ayında Fənər Rum Patriarxlığında keçiriləcək nikah mərasimi ilə sevgilisi Kiveli Mərdə ilə ailə həyatı quracaq. […]

Asiya

Ərdoğan: “PUA istehsalında dünyada 3-4 ölkədən biriyik”

“Pilotsuz uçuş aparatlarının istehsalında və satışında dünyada 3-4 ölkədən biriyik”. XəbərAl.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF-2021” müdafiə sənayesi sərgisində çıxışı zamanı deyib. Ərdoğan Türkiyənin PUA istehsalındakı uğurlarından da söz açıb. “Əsla sərhədlərdən on minlərlə kilometr uzaqlarda terrorizmlə mübarizə adı altında dinc əhalinin, günahsız insanların başına bomba yağdıranlardan olmayacağıq”, – […]

Asiya

İraqda Türkiyə əsgəri şəhid oldu

Türkiyə ordusunun 1 əsgəri İraqda şəhid olub. XəbərAl.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki hesabında bildirib. Qeyd edilir ki, hadisə İraqın şimalında baş verib. Türkiyə Silahlı Qüvvələrinin hərbçisi “Pençe-Şimşek” əməliyyat zonasında PKK terrorçularının hücumu nəticəsində ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib, lakin yaralının həyatını xilas etmək mümkün olmayıb. Türkiyə hərbçilərinin cavab tədbirləri […]

Asiya

Ərdoğan İmam Hüseyn qətliamına görə İran prezidentinə başsağlığı verdi

“Şübhə etmirəm ki, sizin prezidentliyiniz dönəmi İran üçün daha sıx hərtərəfli regional əməkdaşlıqda yeni era olacaq”. XəbərAl.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan İran prezidenti Rəisi ilə telefon danışığı zamanı bildirib. Ərdoğan İmam Hüseynin Kərbala qətliamının ildönümü ilə bağlı Rəisiyə başsağlığı verib. Türkiyə prezidenti deyib ki, İran-Türkiyə Yüksək Əməkdaşlıq Şurası ikitərəfli əməkdaşlıqda həlledici rol […]

Asiya

Türkiyə İsveçrəyə nota verdi

İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. XəbərAl.az Türkiyə XİN-ə istinadən xəbər verir ki, buna səbəb İsveçrənin Cenevrə şəhərində PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasıdır. Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif dərnək və qeyri-hökumət təşkilatları adı ilə təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir. […]

Asiya

Meşə yanğınları: Avropanın Türkiyə ilə Yunanıstan arasında qoyduğu FƏRQ

Avropa ölkələri meşə yanğınlarından əziyyət çəkən Türkiyə və Yunanıstana fərqli dəstək nümayiş etdiriblər. XəbərAl.az xəbər verir ki, hazırda meşə yanğınlarının geniş vüsət aldığı Yunanıstana Fransandan 2 yanğınsöndürmə təyyarəsi və 82 yanğınsöndürən, Kiprdən 40 yanğınsöndürən və 2 təyyarə, Xorvatiyadan 1 təyyarə, Ukraynadan 100 yanğınsöndürən, İsraildən 16 yanğınsöndürən, İsveçdən 2 təyyarə, Çexiyadan 15 xüsusi texnika və 36 nəfərlik […]

Asiya

Türkiyədəki yanğınlarla bağlı SON XƏBƏR

“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”. XəbərAl.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi […]

Asiya

İraqda iri neft emalı müəssisəsinə raket zərbəsi endirilib

İraqın şimalında neft şirkətlərindən birinə məxsus iri müəssisə raket hücumuna məruz qalıb. XəbərAl.az xəbər verir ki, bu barədə “Əs-Sumariya” telekanalı məlumat yayıb. Sözügedən müəssisənin Bağdaddan 200 kilometr şimal-qərbdə Səlahəddin əyalətində yerləşdiyi ehtimal olunur. Atılan mərminin kustar üsulla hazırlandığı qeyd olunsa da, hadisə zamanı ölən və ya yaralıların olub-olmaması açıqlanmayıb.

Asiya

Ankarada otel yanır — FOTOLAR

Türkiyənin paytaxtı Ankaranın Çankaya məhəlləsinin Maltepe rayonunda bir otelin damında yanğın başlayıb.  XəbərAl.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Qazi Mustafa Kamal (GMK) Bulvarında bir otelin damından alovlar qalxmağa başlayıb. Məlumata görə, çox sayda yanğınsöndürən yanğına müdaxilə edərkən, polis ətraf ərazidə təhlükəsizlik tədbirləri gördü. Bu vaxt otelin 7 -ci mərtəbəsində sıxışan Bilal Duran, yanğınsöndürənlər tərəfindən uzadılmış […]