Dünya

Özbəkistanda ilk universal traktor istehsal edilib – FOTO

Sharing is caring!


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Çirçik kənd təsərrüfatı maşınqayırma müəssisəsinə baş çəkib.

“Telegram” kanalında yayılan məlumata görə, dövlət başçısı müəssisədə yığılmış kənd təsərrüfatı texnikalarının ilk nüsxələrinə baxış keçirib.

Prezidentə məlumat verilib ki, müəssisədə ilk yerli məhsul olan universal traktor istehsal edilib.

Qeyd edək ki, müəssisə ölkə başçısının 2021-ci ilin noyabrında imzaladığı sərəncama əsasən, Çirçik kənd təsərrüfatı maşınları zavodunun bazasında yaradılıb. Maşınqayırma müəssisəsi ildə 15 minə qədər traktor, qoşqu və digər texnika istehsal etmək gücündədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir