Dünya

“Mançester Siti” futbol tarixinin ən bahalı müdafiəçi transferini reallaşdırdı

Sharing is caring!


İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

“Şəhərlilər” Almaniya “Leypziq”inin müdafiəçisi Yoşko Qvardiolu transfer edib. “Mançester Siti” 21 yaşlı futbolçu üçün qarşı tərəfə 90 milyon avro ödəyəcək. Bununla da xorvatiyalı oyunçu tarixin ən bahalı mərkəz müdafiəçisi olacaq. Keçid tezliklə açıqlanacaq.

Qeyd edək ki, Yoşko Qvardiol “Leypziq”ə 2021-ci ildə 18 milyon avro müqabilində Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan keçib.

Xatırladaq ki, hazırda ən bahalı müdafiəçi 2019-cu ildə “Lester”dən 87 milyon avroya “Mançester Yunayted”ə keçən Hari Maquayrdır.

Mənbə: Bild

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir