Dünya

Böyük Britaniya kralı xəstəxanaya yerləşdirilib

Sharing is caring!


Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib.

Bu barədə Bukingem Sarayından xəbər verilib.

Bildirilib ki, monarx prostat əməliyyatı keçirməli olacaq.

O da qeyd olunub ki, kralın ictimai çıxışları qısa müddətə təxirə salınacaq.

Xatırladaq ki, bir müddət əvvəl mediada taxtın “əlahəzrət” titulundan məhrum edilən Şahzadə Harriyə keçə biləcəyi ilə bağlı məlumat yayılıb. Belə ki, bu aralar səhhətində problemlər olan kralın vəzifələrini böyük oğlu yerinə yetirməlidir. Ancaq Kembric hersoqinyası Keyt Middlton da ağır vəziyyətdədir – o bu yaxınlarda əməliyyat olunub. Bununla əlaqədar olaraq, şahzadə Uillyam xəstə həyat yoldaşının yanında qalmaq üçün bütün rəsmi işlərini ləğv edib. Beləliklə, taxta müvəqqəti namizəd kimi açıq şəkildə kral ailəsindən imtina edən, hazırda həyat yoldaşı Meqan Marklla biznes və yaradıcılıqla məşğul olan şahzadə Harri qalır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir