Dünya

İstanbulda dəniz sahilində minalar partladıldı: Su 30 metrə qədər yüksəldi – FOTO/VİDEO

Sharing is caring!


İstanbulun Şile rayonunda tapılan minaların zərərsizləşdirilərək partladılması anlarının videogörüntüləri yayılıb.

Axtarış tədbirləri başa çatdıqdan sonra minaların zərərsizləşdirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Səhər saatlarında baş verməsi planlaşdırılan partlayışdan əvvəl jandarma tərəfindən 1,2 kilometr uzunluğunda ərazi boşaldılıb və çimərliyə yaxın evlərdə yaşayan insanlar təxliyə ediliblər.

Daha sonra sualtı minaların hamısı bir-birinə bağlanıb və detonatorun köməyilə partladılıb. Partlayışın təsiri ilə dəniz suları təxminən 30 metrə qədər yüksəlib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir