Dünya

Almaniyada dörd yaşlı uşaq meymunçiçəyinə yoluxdu

Sharing is caring!

Almaniyada 4 yaşlı uşaq meymunçiçəyi virusuna yoluxub.

Robert Koç İnstitutunun açıqlamasına görə, meymunçiçəyi virusuna 2982 yoluxma qeydə alınıb və bu adamlardan 7-si qadın olub.

İndiyədək Almaniyada 2 gənc və 2 böyüklə eyni evdə yaşayan uşaq sözügedən virusa yoluxub.

Baden-Vürtemberq əyalətinin Pforzheim şəhərində qızın yaşadığı evdə meymunçiçəyi virusuna yoluxma hadisəsi ortaya çıxıb.

Bundan sonra o ehtiyat tədbiri olaraq sağlamlıq müayinəsindən keçirilib və uşaqda meymunçiçəyi xəstəliyi aşkarlanıb. Uşaqda xəstəliyin heç bir əlaməti olmayıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir