Cəmiyyət

Bakıda təhlükəli anlar: Qaydaları pozub qəza törədən sürücü hadisə yerindən qaçdı – ANBAAN VİDEO

Sharing is caring!




Havanın qaranlıq vaxtı sürücünün yolda manevr qaydalarını kobud surətdə pozması digər sürücülərin həyatı üçün də təhlükə yaradıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

Hadisənin Zabratda baş verdiyi ehtimal olunur. 10-VF-646 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil manevr qaydalarını pozaraq, eyni istiqamətdə hərəkətdə olan yük və minik maşınlarının arasından keçib. Bu zaman “Mercedes”in sol hissəsi digər minik avtomobilinə dəyib. Buna baxmayaraq, sürücü hərəkəti davam etdirib.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı məsələ araşdırılır. Araşdırmalar nəticəsində müvafiq tədbirlər görüləcək.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir