Dünya

Çilidə meşə yanğınları onlarla insanın ölümünə və yaralanmasına səbəb oldu – FOTO/VİDEO

Sharing is caring!


Çilidə meşə yanğınları azı 10 nəfərin ölümü ilə nəticələnib. Daha 28 nəfər yanıq xəsarəti alıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, yanğın yeddi min hektardan çox ərazini əhatə edib. Yüksək temperatur və külək səbəbindən alovla mübarizə daha da çətinləşib.

Bu səbəbdən ölkə prezidenti Qabriel Boric Valparaiso bölgəsində fövqəladə vəziyyət elan edib. Bəzi ərazilərdə sakinlərin təxliyəsinə başlanılıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir