Dünya

Gürcüstanda koronavirusun üçüncü dalğası başlayır

Sharing is caring!

“Gürcüstan koronavirusun üçüncü dalğasının başlanğıc mərhələsindədir”.

Xəbəral.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze deyib.

Səhiyyə naziri bir daha əhalini epidemioloqların tövsiyələrinə ciddi əməl etməyə çağırıb.

“Ola bilsin, epidemioloqlar ölkədə koronavirusun üçüncü dalğasının başladığını rəsmən elan edəcəklər. Məhz buna əsaslanaraq, biz vətəndaşlarımızı bu mərhələdə malik olduğumuz vasitələrə məhəl qoymağa çağırırıq”, – Tikaradze bəyan edib.

Səhiyyə naziri hesab edir ki, birgə tədbirlərin keçirilməsi vacibdir. Vaksinasiya prosesini ardıcıl şəkildə idarə etmək, vətəndaşları motivasiya etmək və tövsiyələrə əməl etmək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir