Dünya

Çempionlar Liqası: Daha səkkiz komanda III raunda vəsiqə qazandı

Sharing is caring!


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

İkinci oyun günündə keçirilən səkkiz qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.

“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionunda qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar.

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb.

Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa) və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust

18:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Astana” (Qazaxıstan) – 0:2
İlk oyun – 0:4

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa) – 1:1
İlk oyun – 2:3

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) – 3:3 (Əlavə vaxtda 1:1; Penaltilər seriyasında 3:4)
İlk oyun – 0:0

21:00. “Molde” (Norveç) – HİK (Finlandiya) 2:0
İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) – 4:1 (Əlavə vaxtda 2:0)
İlk oyun – 0:1

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) – 2:2 (Penaltilər seriyasında 1:4)
İlk oyun – 1:1

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) – 6:3
İlk oyun – 2:0

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) – 1:0
İlk oyun – 2:2

Qeyd edək ki, bu mərhələnin ötən gün keçirilmiş dörd cavab oyunundan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları III raunda yüksəliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir