Dünya

“Versace”nin sahibi dəyişdi

“Coach”, “Kate Spade” və “Stuart Weitzman” brendlərinin sahibi olan “Tapestry” şirkəti “Capri Holdings”i 8,5 milyard dollara satın alıb. Sövdələşmə nəticəsində “Capri Holdings”in brendləri – “Michael Kors”, “Jimmy Choo” və “Versace” də sahibini dəyişib. “Capri”nin rəhbəri Con Aydol bildirib ki, sövdələşmə “şirkətin qlobal mövcudluğunun genişlənməsini sürətləndirmək üçün” resursları və imkanları artıracaq. Xatırladaq ki, “Capri” 2018-ci ildə […]

Dünya

İlon Mask “Twitter”in əşyalarını hərraca çıxarır – FOTO

Multimilyarder İlon Mask “Twitter”ə məxsus əşyaları hərraca çıxarıb. Məlumata görə, ümumilikdə, satışa 584 lot təqdim olunub. Buraya qəhvə masaları, quş qəfəsləri, onlarla oturacaq, DJ konsolu, musiqi alətləri və s. daxildir. Hərraca çıxarılan “Twitter” nişanlarından biri hələ də şirkətin San-Fransiskodakı baş ofisinə yapışdırılıb. Hərraca həmçinin iki yağlı boya tablosu da çıxarılıb. Onlardan birincisi Ellen DeCeneresin 2014-cü […]

Dünya

80 yaşlı Olimpiada iştirakçısı 18 il əvvəl aldığı biletlə kosmosa uçdu

“Virgin Galactic”in “Unity” kosmik gəmisi kommersiya heyəti ilə suborbital uçuşu uğurla başa vuraraq Nyu-Meksikoda yerə enib. Aparat “Eve” təyyarəsinin köməyi ilə havaya qalxıb. Təxminən 15 km hündürlükdə kosmik gəmi daşıyıcıdan ayrılıb və öz reaktiv mühərrikindən istifadə edərək 88 km-dən çox hündürlüyə çatıb. ABŞ Hərbi Hava Qüvvələrinin təsnifatına görə, kosmosun sərhədi təxminən 80,45 km sayılır. Halbuki, […]

Dünya

Kuleba: “Putini taxıl sazişinə qayıtmağa razı sala biləcək yeganə şəxs Ərdoğandır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada Rusiya lideri Vladimir Putini taxıl müqaviləsinə qayıtmağa razı sala biləcək yeganə şəxsdir. Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. O, bildirib ki, Ərdoğanın Moskva ilə Kiyev arasında balanslaşdırılmış münasibətləri var, ona görə də BMT-nin vasitəçiliyi ilə sazişi bərpa etmək üçün ən yaxşı şansa malikdir. Mənbə: rbc.ua Xeberal.az

Dünya

Tramp: “Bayden ağlını itirib”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin dəli olduğunu düşünür. O, müvafiq paylaşımı özünün “Truth Social” sosial şəbəkəsində edib. “Mən inanıram ki, korrupsioner Co Bayden təkcə axmaq və bacarıqsız deyil. Əminəm ki, o, ağlını itirib”, – Tramp yazıb. O, Bayden administrasiyasının həyata keçirdiyi miqrasiya siyasətini, həmçinin “Ədliyyə Nazirliyi və FTB-dən silah kimi” […]

Dünya

“Yandex”in yaradıcısı Ukraynadakı müharibəyə qarşı çıxdı

2022-ci ilin fevralından bəri ilk dəfə “Yandex”in yaradıcısı Arkadi Voloj Ukraynadakı müharibə ilə bağlı mövqeyini ifadə edərək, buna “qəti şəkildə qarşı” olduğunu bildirib. “Səssiz qalmağımın bir çox səbəbi var idi. Siz mənim bəyanatımın vaxtı barədə mübahisə edə bilərsiniz, amma mahiyyəti ilə bağlı deyil. Mən hərbi əməliyyatları əleyhinəyəm”, – deyə iş adamı müraciətində bildirib. Voloj qeyd […]

Dünya

“Emmi” mükafatının təqdimatı gələn ilə təxirə salınıb

Sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” Televiziya Mükafatları Hollivudda aktyor və ssenaristlərin tətili səbəbindən 15 yanvar 2024-cü il tarixinə təxirə salınıb. Məlumata görə, tədbirin yeni tarixi afroamerikalı hüquq müdafiəçisinin doğum gününə həsr olunmuş ictimai bayram kimi qeyd edilən Martin Lüter Kinq Gününə təsadüf edir. 11 sentyabr hücumları və oktyabrın 7-də ABŞ-nin Əfqanıstanda hərbi əməliyyata başlaması […]

Dünya

Moskva vilayətində evli cütlük hava şarında od tutub yandı – FOTO

Moskva vilayətinin Ramenskoye şəhərində 52 yaşlı qadın və əri hava şarı ilə uçuş zamanı yanıblar. Qadın ərinə ad günündə sürpriz etmək üçün Günəşin doğuşunu hündürlükdə birlikdə qarşılamaq istəyib. Lakin ad günü faciə ilə bitib. Şar havaya qalxdığı zaman alov şlanqı qopub və nəticədə qadının üzərindəki paltar alışıb. Ağır xəsarətlər alan qadın yanıq mərkəzinin reanimasiya şöbəsinə […]

Dünya

London yaxınlığında “The Rolling Stones”un yaradıcılarına heykəllər qoyulub – FOTO

Britaniyanın “Rolling Stones” rok qrupunun yaradıcıları – Mik Caqqer və Keyt Riçardsa sağlığında yaşadıqları doğma Dartford şəhərində (London yaxınlığında) abidə ucaldılıb. Məlumata görə, heykəltəraşlıq kompozisiyasının adı “The Glimmer Twins”, heykəltəraşı Emi Qudmandır. Mənbə: TASS Xeberal.az

Dünya

Moskva yaxınlığında güclü yanğın baş verib – VİDEO

Moskva yaxınlığındakı Odintsovoda güclü yanğın baş verib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, “Odinqrad” yaşayış kompleksi ərazisindəki tikinti sahəsi yanıb. Digər məlumata görə isə Severnaya küçəsində pivə anbarı alışıb. Bildirilir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəliblər. Zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur. Xeberal.az