Dünya

“Yandex”in yaradıcısı Ukraynadakı müharibəyə qarşı çıxdı

Sharing is caring!


2022-ci ilin fevralından bəri ilk dəfə “Yandex”in yaradıcısı Arkadi Voloj Ukraynadakı müharibə ilə bağlı mövqeyini ifadə edərək, buna “qəti şəkildə qarşı” olduğunu bildirib.

“Səssiz qalmağımın bir çox səbəbi var idi. Siz mənim bəyanatımın vaxtı barədə mübahisə edə bilərsiniz, amma mahiyyəti ilə bağlı deyil. Mən hərbi əməliyyatları əleyhinəyəm”, – deyə iş adamı müraciətində bildirib.

Voloj qeyd edib ki, 2014-cü ildən Rusiyada yaşamır, lakin o, “ölkənin hərəkətlərinə görə məsuliyyət payının olduğunu” başa düşür.

Xatırladaq ki, 2022-ci ilin iyununda Avropa İttifaqı Arkadi Voloju sanksiyalar siyahısına daxil edib. Sanksiyaların tətbiqindən sonra o, “Yandex”dəki bütün vəzifələrindən istefa verib. Həmin ilin dekabrında iş adamı şirkətin əməkdaşları ilə rəsmi şəkildə vidalaşıb.

Mənbə: RTVi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir