Dünya

Kaledoniya üsyanı: Fransa parçalana bilər – FOTO

Sharing is caring!




Emmanuel Makron Ukraynaya qoşun yeritmək planlarından danışarkən, Paris üçün problem gözlənilməz yerlərdən gəldi. İndi Fransanın xüsusi inzibati ərazi qurumu adlandırılan Yeni Kaledoniya ərazisində iğtişaşlar baş verir. Parisdən 17 min km məsafədə mağazalar, apteklər və dövlət qurumları dağıdılıb, beş nəfər artıq rəsmi olaraq ölənlər siyahısındadır.

Yerli əhali qarşıdan gələn seçki islahatına etiraz etmək üçün çıxıb. Fransa hakimiyyəti uzaq adaya hərbi birləşmələr göndərib. Resursları zəif olan Fransa bu adanı iki əli ilə tutub. Axı Yeni Kaledoniyada dəmir filizi, manqan və xrom yataqları aşkarlanıb. Lakin adanın əsas sərvəti nikeldir. Bu metalın dünya ehtiyatlarının 20%-ə qədərinin adada olduğu güman edilir.

Yerli əhali adanın əhalisinin təqribən 40%-ni, fransız mühacirləri (kaldoşlar) 27%-ni təşkil edirlər. 20%-dən bir qədər çoxu isə fransız, ərəb və melaneziyalıların müxtəlif qarışıq nikahlarından olan mestizolardır. Bir sözlə, etnik mənzərə çox rəngarəngdir. Ona görə də, bir neçə referendumda indiki statusun saxlanmasının tərəfdarları qalib gəlib.

Bəs indi nə oldu? Məsələ burasındadır ki, təklif olunan seçki islahatı daha çox iqtisadi vəziyyətin ümumi pisləşməsi fonunda bəhanədir. Təəssüf ki, Fransa administrasiyası problemləri həll etmək əvəzinə baş verənlərdə xarici iz axtarır.

Paris öz səhvlərini etiraf etmək əvəzinə kimisə günahlandırmağa üstünlük verir. Hətta… Bakını belə. Görünür Fransanın özünün Ermənistanı dəstəkləməsi və gurultulu izdihamda Azərbaycanın bayraqları görünməsi Makronu yaman qorxuya salıb…

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir