İqtisadiyyat

Türkiyəli nazir: “Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindədir”

Sharing is caring!


“Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasında Naxçıvan üzərindən quru yol bağlantısı olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Nazir qeyd edib ki, Naxçıvan Türkiyə üçün çox önəmlidir:

“Naxçıvanın iqtisadiyyatının genişləndirilməsini arzu edilir”.

O deyib ki, Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindədir:

“İstanbuldan Bakıya yük daşımanı rahat və rəqabətqabiliyyətli olmasını arzu edirik. Bunun üçün Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir