Cəmiyyət

Bakıda 54 yaşlı qadını avtomobil vurub

Sharing is caring!


Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Ziyafət Zöhrab qızı Binnətovanı vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir