Şou-Biznes

“O ağır intiqam aldı, üzümüzə tüpürdü” – Uğur Aslan

Sharing is caring!

Fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaşını və onun azyaşlı oğlunu itirən aktyor Uğur Aslan televiziya proqramlarından birində göz yaşlarını saxlaya bilməyib.

Lent.az-ın xəbərinə görə Uğur Aslan zəlzələdən bir neçə gün sonra hündür bir təpəyə çıxıb Kahramanmaraşa baxması barədə danışıb.

“Yüksəkdən baxanda yaşanan faciənin miqyasını görmək olurdu. O an təbiətin üzümüzə tüpürdüyünü hiss etdim. Biz bu günə qədər öz nəfsimiz, var-dövlət uğrunda təbiətə o qədər zərər vermişik ki, bir gün onun dönüb intiqam alacağını düşünməmişik.

Malın, pulun, nə qədər boş bir şey olduğunu o zəlzələdə dərk etdim. İmkanları olan bir insanam. Amma qardaşımla onun oğlunun meyitini çırıq bir yorğana büküb, əzik, köhnə bir arabada daşımalı oldum. Bütün imkanlarıma baxmayaraq, bu faciə mənə güzəşt etmədi. Təbiət bizə dərs verdi, üzümüzə qusdu, tüpürdü”, – o bildirib.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir