Siyasət

Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası ilə bağlı anlaşma əldə olunub – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən Üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Rusiyanın çoxtərəfli sazişlərdə, beynəlxalq təşkilatlarda və birliklərdə iştirakı (MDB istisna olmaqla) Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Rusiya paytaxtında baş tutan iclas Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

14:51

Moskvada Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupun iclası başlayıb.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.

“Moskvada dövlət başçılarının tapşırığına uyğun olaraq Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının baş nazirinin müavini Mqer Qriqoryanın və Rusiya baş nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə üçtərəfli işçi qrup öz işinə başlayıb”, – Matveyev vurğulayıb.

10:04

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri – Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə işçi qrupun iclası keçiriləcək.

Ermənistan KİV-in məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“İyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupun iclası planlaşdırılıb”, – deyə hökumət başçısı bildirib.

Qeyd edək ki, M.Qriqoryan bundan əvvəl bildirmişdi ki, işçi qrupun görüşü çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir