İqtisadiyyat

SOCAR və “TotalEnergies”in ADNOC-a “Abşeron” layihəsindəki paylarının satış prosesi başa çatıb

Sharing is caring!




Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” neft-qaz şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC şirkətinə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsindəki paylarının 15%-ni satıblar.

Oxu.Az xəbər verir ki, bu barədə “TotalEnergies” şirkətindən məlumat verilib.

Qeyd edilib ki, satış prosesi bu ilin fevral ayında başa çatıb:

“Bununla Fransa şirkəti və SOCAR-ın hər birinin layihədəki payı 35%, ADNOC-un isə 30% təşkil edəcək”.

Xatırladaq ki, 2023-cü ilin avqustunda ADNOC SOCAR və “TotalEnergies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağında ümumilikdə 30%-lik payın alınmasına dair müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir