İdman

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçisi Çexiya klubunun qonağı olacaq

Sharing is caring!


“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi üçüncü matçda Çexiyada “Nimburk”un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Sabah” ilk görüşündə səfərdə Şimali Makedoniya “Mornar”ına (75:80), ikinci dueldə isə Bakıda Türkiyə “Bağçaşəhər”inə (65:83) uduzub. Hazırda “Nimburk” dörd xalla D qrupunda liderlik edir. “Sabah”ın isə hesabında iki xal var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir