Müharibə

Azərbaycan Ordusu hər il güclənir, peşəkarlığı artır – REPORTAJ + FOTO

Sharing is caring!


Azərbaycan Ordusunun işğaldan azad edilən ərazilərdə dislokasiya olunan artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi keçirilib.

“Report”un həmin ərazilərə ezam olunan əməkdaşı xəbər verir ki, artilleriya bölmələri hərəkətin və hədəfin müəyyən edilməsi tapşırıqlarını yerinə yetirib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Valeh Bədrəddinli 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq artilleriya batareyası ilə nəzarət komitəsinin bir məşğələ keçirdiyini söyləyib. Onun sözlərinə görə, həmin an batareyalar həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək döyüş təyinatlı rayonlara çıxarılır:

“Bölmə atəş mövqeyində atəş açılana qədər fəaliyyətləri icra edir. Hazırda durduğumuz yer artilleriya bölməsinin komanda müşahidə məntəqəsidir. Bura ümumqoşun bölmələri ilə qarşılıqlı əlaqədə olaraq şərti düşməni aşkar edib məhv etmək üçün təyin olunub”.

V.Bədrəddinli 44 günlük Vətən müharibəsi zamanı ordumuzun döyüş əməliyyatlarında tətbiq etdiyi nümunələrdən də sitatlar gətirib.

O, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavənd istiqamətində gedən döyüşlərdə yaxından iştirak etdiyini xatırladıb.

V.Bədrəddinli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Zabit Azərbaycan Ordusunun peşəkarlığının ildən ilə artdığını vurğulayıb:

“Cənab Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində təminatımız yüksək səviyyədədir. Ordumuzun şəxsi heyəti Aprel döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsi, “Qisas” əməliyyatı, həmçinin sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinə qarşı görülən qətiyyətli cavab tədbirlərində əldə edilən təcrübələrdən, eləcə də müasir döyüş üsul və vasitələrdən istifadə edərək peşəkarlığını daha da təkmilləşdirib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir