Dünya

Rusiyalı ekspertdən Ermənistandakı etirazlarla bağlı proqnoz

Sharing is caring!




Ermənistanda Azərbaycanla sərhəddə davam edən delimitasiya prosesi ilə bağlı etirazların respublikada ciddi siyasi böhrana gətirib çıxaracağı ehtimalı yoxdur.

Bu fikri TASS-a açıqlamasında Rusiya Elmlər Akademiyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib.

“Etirazların ciddi inqilaba gətirib çıxaracağı ehtimalı azdır, lakin ümumilikdə bu, Nikol Paşinyan üçün ciddi çağırışdır”, – ekspert bildirib.

Analitikin fikrincə, başlayan etirazlar Paşinyan üçün çətinliklər yaradır, “çünki daxili ictimaiyyət hər hansı bir kompromis əldə oluna biləcəyini mənfi qiymətləndirir. Paşinyan üçün bu, çətin işdir, o, qərarlar qəbul etməyə, etirazların keçirildiyi bölgəyə getməyə çalışır. O, çox güman ki, öz xəttini sona qədər həyata keçirəcək, lakin ölkə daxilində elektoratın dəstəyinin bir hissəsini itirəcək”, – ekspert izah edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir