Cəmiyyət

Bakıda toydan çıxan rəqqasə qəzaya uğrayıb – FOTO

Sharing is caring!




Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Jalə Hüseynova rəqqasə kimi işlədiyi yaxınlıqdakı şadlıq sarayından çıxaraq KIA markalı avtomobilinə əyləşib.

Bu zaman onun avtomobilinə eyni istiqamətdən gələn KIA markalı maşın çırpılıb.

Daha sonra həmin avtomobil yol ayrıcındakı nişana çırpılaraq dayanıb.

Qəza törədən sürücü xəsarət alıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir