Cəmiyyət

Sədr 30 yaşında imtahan verən şəxsin atası barədə: “Uşağın balını kəsmisiniz” deyə şikayət edir”

Sharing is caring!

“Dövlət qulluğuna imtahan verən şəxslər arasında 30 yaşlı namizəd olub. İmtahandan kəsilib və apellyasiya şikayəti üçün onun atası gəlib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin finalında çıxışı zamanı deyib.

O bildirib ki, insanlar komfort mühitdən kənara addım atmaq istəmirlər:

“Valideyn üçün övlad hər zaman uşaq ola bilər, lakin 30 yaşlı imtahan iştirakçısının atası gəlib apellyasiya şikayəti verərək “uşağın balını kəsmisiniz” deyə şikayət edir. Əgər o uşaqdırsa, necə imtahan verir? O uşaqdırsa, sabah o necə dövlət qulluqçusu olacaq və hansısa qurumda idarəçi kimi çalışacaq? Bu kimi problemli məsələlər var. Biz bu kimi yanaşmalardan çıxmalıyıq. Bilik və bacarıqların qiymətləndirilməsi zamanı müəyyən meyarlar var. Biz kiminsə balını kəsmirik, sadəcə olaraq imtahan iştirakçıları təyin edilən normativləri ödəyə bilmədikləri üçün kəsilir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir