İdman

Samir Abasov Xavi ilə görüşdü – FOTO

Sharing is caring!




“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir.

Sportal.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan S.Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib.

Qeyd edək ki, bir neçə gündür “Barselona”nın düşərgəsində olan mütəxəssisin səfəri sabah başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir