İdman

Xorvatiyanın “Dinamo” klubu Mahir Emrelini transferə çıxaracaq

Sharing is caring!


Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transferə çıxaracaq.

Bu barədə yerli slobodnadalmacija.hr saytı məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir