Dünya

ABŞ-da “TikTok” narahatlığı: Məlumatlar Çin hakimiyyətinin əlinə keçə bilər

Sharing is caring!

ABŞ ordusunun “TikTok” sosial şəbəkəsindən istifadə etməsi ölkənin milli təhlükəsizliyinə təhlükə yarada bilər.

Müvafiq narahatlıqları ABŞ-ın Federal Rabitə Komissiyasının üzvü Brendan Karr dilə gətirib.

ABŞ ordusunun bəzi bölmələri “TikTok”un iş cihazlarında istifadəsini qadağan edir.

Bununla belə, Karrın sözlərinə görə, proqram hərbçilərin şəxsi cihazlarında mövcuddur və bu problem həll edilməlidir.

Onun fikrincə, tətbiqdən istifadə nəticəsində məxfi məlumatlar, o cümlədən təyyarələrin hərəkəti ilə bağlı məlumatlar Çin hakimiyyətinin əlinə keçə bilər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir