Dünya

Ukrayna və Yunanıstan rəsmiləri görüşü bomba sığınacağında davam etdirməli oldular

Sharing is caring!

Ukrayna və Yunanıstanın Xarici İşlər nazirləri arasında aparılan danışıqlar hava hücumu həyəcan siqnalı ilə yarımçıq kəsilib.

Diplomatlar danışıqları bomba sığınacağında davam etdirməli olublar.

Bu barədə məlumatı Kiyevdəki sığınacaqda keçirilən mətbuat konfransında Dmitri Kuleba verib. 

Onun sözlərinə görə, Yunanıstan Xarici İşlər naziri Nikos Dendias çətin təhlükəsizlik vəziyyətini əsas gətirərək bu səfərdən yayına da bilərdi. “Bu sadəcə bir cəsarət aktı deyil, həmçinin, bu çətin anda Ukraynaya çox güclü dəstək jestidir”, – deyə Kuleba qeyd edib.

“Danışıqlarımıza XİN-dəki ofisimizdə təkbətək formatda başladıq, lakin hava hücumu həyəcan siqnalı ilə yarımçıq kəsildi. Və biz buraya – sığınacağa enmək məcburiyyətində qaldıq”, – deyə Kuleba əlavə edib.

“Hesab edirəm ki, həm Nikosun belə çətin şəraitdə gəlməsi, həm də danışıqlarımızın bomba sığınacağında davam etdirilməsi çox açıq siqnaldır ki, heç nə və heç kim nə Ukraynanı, nə də onun tərəfdaşlarını Ukraynaya dəstək yolunda sındıra bilməyəcək”, – deyə nazir vurğulayıb.

Qeyd edək ki, Yunanıstan Xarici İşlər Nazirliyi təhlükəsizlik baxımından nazirin səfər proqramının təfərrüatlarını açıqlamayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir