İqtisadiyyat

Türkiyəli nazir: “İş adamlarımız indiyə qədər Azərbaycanda 5 700 şirkət yaradıb”

Sharing is caring!


“İndiyə qədər türkiyəəsilli iş adamları Azərbaycanda təxminən 5 700, azərbaycanəsilli iş adamları isə Türkiyədə 2800 şirkət yaradıblar”.

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Ölkəmizdəki Azərbaycan şirkətləri emal, inşaat, təhsil, daşınmaz əmlak, səhiyyə, topdan və pərakəndə ticarət, logistika və mədənçilik kimi çox çeşidli sahələrdə fəaliyyət göstərir”, – deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, 2021-ci ildə Azərbaycandan Türkiyəyə 470 618, 2022-ci ildə 683 834 turist gəlib:

“2023-cü ilin 10 ayına isə bu rəqəm 717 265 olub”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir