Dünya

Əfqanıstanda yenidən zəlzələ baş verib

Sharing is caring!


Əfqanıstanda 4,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzinin mətbuat xidməti xəbər yayıb.

“Oktyabrın 9-da Əfqanıstanda zəlzələ baş verib. Yeraltı təkanların dərinliyi 55 km, maqnitudası 4,7 olub. Episentrdən Daşkəndə qədər olan məsafə 1005 km-dir”, – deyə xəbərdə bildirilib.

Hələlik xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, oktyabrın 7-də də Əfqanıstanda 6,2 bal gücündə  zəlzələ baş verib, 2400-dən çox insan ölüb, 10 000-dən çox insan yaralanıb, 20-yə yaxın kənd tamamilə xarabalığa çevrilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir