Cəmiyyət

Lənkəranda avtomobil 12 yaşlı oğlanı vuraraq öldürüb – FOTO

Sharing is caring!


Lənkəran rayonunda avtomobil 12 yaşlı piyadanı vuraraq öldürüb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli – Süleyman Məhəmməd oğlu Nəzərzadəni vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Şahidlərin bildirdiyinə görə, yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən “Mercedes” onu vurub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir