Dünya

ABŞ Dövlət Departamenti İranda tələbə qızların kütləvi zəhərlənməsinə münasibət bildirib

Sharing is caring!

“ABŞ Dövlət Departamenti İranda məktəbli qızların zəhərlənməsi ilə bağlı faktlara aydınlıq gətirilməsini gözləyir”.

Yerli KİV-in məlumatına görə, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays çıxış edib.

ABŞ rəsmisi bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq qızların, qadınların təhsil almaq hüququ var.

N.Prays təhsil müəssisəsində baş verən zəhərlənmə hadisəsinə görə İslam Respublikasının hökumət rəsmilərinin məsuliyyət daşıdıqlarını bildirib.

“Biz hakimiyyətin zəhərlənmə ilə bağlı hərtərəfli araşdırma aparmasını, bunun qarşısını almasını və günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan hər şeyi etməsini gözləyirik”, – deyə Ned Prays vurğulayıb.

Qeyd edək ki, son günlər İran universitetlərində qızların müəmmalı və kütləvi zəhərlənməsi halları baş verir.

Yayılan məlumatlara görə, zəhərlənməyə səbəb universitet auditoriyalarında mənşəyi bəlli olmayan spreyin yayılmasıdır. Bu barədə agentliyə qızların valideynləri bildiriblər.

Son üç ay ərzində İranın universitetlərində yüzlərlə tələbənin zəhərlənməsi halları qeydə alınıb və zərərçəkənlərin əksəriyyəti xəstəxanalara yerləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir