Dünya

Lukaşenko xəsarət alıb

Sharing is caring!


Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.

Bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı zavodun işçiləri ilə birbaşa ünsiyyətdə olarkən bildirib.

“Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac ayağıma düşdü”, – Lukaşenko deyib.

O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və “normal yeriyib”, lakin sonra xəsarət alan hissə şişib.

Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir