Cəmiyyət

FHN-də “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib – FOTO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin yanğın təhlükəsizliyinin inkişafında rolu və Azərbaycanın son 20 ildə əldə etdiyi misilsiz nailiyyətlərin memarı Prezident İlham Əliyevdir” mövzusunda tədbir keçirilib.

Bu barədə FHN-dən bildirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Aqşin Kazımov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və nazirliyin digər qurumlarının məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, ümummilli liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Aqşin Kazımov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən yanğın təhlükəsizliyi sistemində inkişaf dahi rəhbərin adı ilə bağlıdır. A.Kazımov ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycanın dünyanın lider dövlətlərindən birinə çevrildiyini vurğulayan xidmət rəisi, ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Heydər Əliyev siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharət və bacarıqla davam etdirilməsinin nəticəsi olduğunu qürur hissilə dilə gətirib.

Ümummilli lider Heydər Əliyev ideyalarında azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin əsas yer tutduğunu bildirən digər çıxış edənlər gələcək nəsillərin bu ruhda tərbiyə olunmasını uğurların vacib şərtlərindən biri kimi qiymətləndiriblər.

Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir