Dünya

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Sharing is caring!




ABŞ Ukraynaya silah alınması üçün 6 milyard dollar ayıracaq.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostin məlumat verib.

“Mən Ukraynaya yardım təşəbbüsü çərçivəsində 6 milyard dollar ayrıldığını elan etməkdən məmnunluq duyuram. Bu, ABŞ-də istehsal olunan silahların alınmasında bizə kömək edəcək”, – deyə o bildirib.

“Bu, indiyədək ən böyük yardım paketidir. Bura NASAMS və Patriot sistemləri ilə bağlı kritik vacib vasitələr daxil olacaq. Daha çox dronlar və digər avadanlıqlar olacaq. Böyük miqdarda artilleriya sursatları və yer-hava raketləri olacaq”, – deyə Lloyd Ostin qeyd edib.

Mənbə: “UNİAN” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir