Cəmiyyət

Goranboy sakini bıçaqlanıb

Sharing is caring!

Goranboy Rayon Polis Şöbəsinə rayonun Meşəli kənd sakini Arzu Məhərrəmovun bıçaqla müxtəlif bədən xəsarətləri alması və rayon xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat yayıb.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məhərrəmovu yaralamaqda şübhəli bilinən rayonun Qaraçinar kənd sakini, 1999-cu il təvəllüdlü Elşad İsmayılov saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir