Dünya

İrana qarşı ölkə xaricində və daxilində ETİRAZLAR – FOTO/VİDEO

Sharing is caring!

İran-İraq müharibəsi əlilləri BMT-nin Tehrandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Etirazçılar “müharibə əlilliyi kompensasiyası” almağı və müavinətlərinin artırılmasını tələb ediblər.

Bir müddət öncə hökumət tərəfindən məlumat verilmişdi ki, müharibə veteranlarına maaşlarının 25 faizi miqdarında, 5,7 milyon tümən ödəniləcək.

Qeyd edək ki, son aylarda İran-İraq müharibəsi əlilləri müavinətlərin ödənilməməsinə və müharibə əlilliyi kompensasiyası ala bilməmələrinə etiraz olaraq mitinqlər keçirirlər.

Tehranda çörək sexlərinin sahibləri də etiraz aksiyası keçiriblər.

Bildirilir ki, onlar hökumətdən unun satışına qoyulan limitin ləğv edilməsi və subsidiyanın şirkətlərə deyil, çörəkçilərə verilməsini tələb ediblər.

Sahibkarların sözlərinə görə, unun və digər ləvazimatların qiyməti bahalaşıb, amma çörəyin qiyməti artmadığından onlar ziyanla işləyirlər.

Qeyd edək ki, İranın Yəzd şəhərində poladəritmə zavodunun işçiləri də işi dayandıraraq etiraz nümayişi keçiriblər.

İsveçrədə yaşayan iranlılar İslam Respublikası xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Cenevrədə “Intercontinental” hoteldəki iqamətgahının qarşısında etiraz aksiyası keçiriblər.

Etirazçılar “Qadın, həyat, azadlıq!”, “Muzdlu, çıx get buradan!”, “Diktatora ölüm olsun!”, “Terrorist, terrorist!”, “Xameneiyə ölüm, Xomeyniyə lənət olsun!” kimi şüarlar səsləndiriblər.

 

İranın Xuzistan əyalətində təqaüdçülər əyalət mərkəzində etiraz aksiyası keçiriblər.

Etirazçılar “Yalançı Rəisi, verdiyin vədlərin nəticəsi hanı? Dildə Hüseyn deyirlər, əməldə oğurluq və yalanlar!” deyə şüarlar səsləndiriblər.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir