İdman

Azərbaycan Premyer Liqası: Tovuzla Bayılın yeddiqat fərqi

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXIX turunun oyunlarını stadiondan izləmiş azarkeş sayı bəlli olub.

Oxu.Az xəbər verir ki, beş qarşılaşmanı ümumilikdə yeddi min nəfər izləyib. Ən yüksək göstərici Tovuzda qeydə alınıb. “Turan Tovuz”la “Şamaxı”nın 1:1 hesablı heç-heçəsinə 3 500 nəfər şahidlik edib.

Ən aşağı göstərici isə Bayılda qeydə alınıb. “Səbail”in “Sabah” qarşısında sürpriz qələbə qazandığı (2:1) qarşılaşmada tribunada 500 nəfər olub. “Sumqayıt” – “Neftçi” matçında 1 300, “Qarabağ” – “Kəpəz” (3:1) görüşündə 1 000, “Qəbələ” – “Zirə” (1:2) oyununda isə 700 azarkeş olub. Orta hesabla hər qarşılaşmanı stadiondan 1 400 nəfər izləyib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir