Dünya

Ər-Riyad və Tehran bir-biri ilə hərbi qarşıdurmaya getməmək barədə razılığa gəliblər

Sharing is caring!


Səudiyyə Ərəbistanı və İran bir-biri ilə hərbi qarşıdurmaya getməmək, həmçinin iki ölkənin maraqlarına qarşı yönəlmiş kəşfiyyat fəaliyyəti həyata keçirməmək barədə razılığa gəliblər.

Bu barədə cümə axşamı krallığın yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayılıb.

“Hər iki ölkə bir-birinə qarşı hərbi təcavüzün qarşısını almaq və kəşfiyyat fəaliyyətini həyata keçirmək üçün müdafiə və təhlükəsizlik sahəsində öhdəliklər götürüb”, – deyə rəsmi şəxs bildirib.

Telekanalın həmsöhbəti onu da vurğulayıb ki, Səudiyyə Ərəbistanı İranla münasibətlərin normallaşdırılmasına dair danışıqların gedişində İslam Respublikasına hücum üçün öz ərazisini üçüncü ölkələrə verməməyi öhdəsinə götürüb. Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı ərazisindən İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək.

Səudiyyə Ərəbistanının nümayəndəsi razılaşmaların digər təfərrüatlarını açıqlamayıb, sadəcə qeyd edib ki, Ər-Riyad və Tehran Yəməndəki münaqişənin həlli ilə bağlı ümumi razılığa gəliblər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı müttəfiqlərini, o cümlədən ABŞ-ni İranla diplomatik münasibətləri bərpa etmək niyyəti barədə xəbərdar edib.

“Biz Pekinə getməzdən və İranla razılaşmadan əvvəl müttəfiqlərimizi, o cümlədən ABŞ-ni məlumatlandırdıq”, – deyə rəsmi şəxs bildirib.

O, həmçinin qeyd edib ki, “Səudiyyə Ərəbistanı Qərblə Çin arasında münaqişənin tərəfi deyil” və Ər-Riyadın Tehranla münasibətləri normallaşdırmaq qərarı müttəfiqlər arasında dəstək alıb.

Xatırladaq ki, martın 10-da İran və Səudiyyə Ərəbistanı iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir