Dünya

Paris həbsxanası Olimpiya Oyunları ərəfəsində məhbus izdihamı ilə üzləşəcək

Sharing is caring!




Fransa polisi şəhərətrafı Sena-Sen-Deni ərazisini xırda cinayətkarlıqdan təmizləyir və dolub-daşan Vilpenta həbsxanasına yeni məhbus axını barədə xəbərdarlıq edib.

Bobinyinin baş prokuroru Erik Mate həbsxana rəhbərliyini ən pis vəziyyətə hazır olmağa çağırıb.

Onun sözlərinə görə, polis həbsxanalardakı məhbusların sayını azaltmalıdır, lakin prokurorun daha repressiv olması üçün ona güclü təzyiq göstərirlər, buna görə də, şəhərətrafı rayonlarda həbslər davam edəcək.

Vilpenta həbsxanasının direktoru Paskal Spenlenin sözlərinə görə, aprelin 8-ə olan məlumata görə, 582 yerlik islah müəssisəsində 1048 məhbus var. Spenle hesab edir ki, həbsxana texniki cəhətdən daha çox məhbusu yerləşdirmək iqtidarında deyil.

Sena-Sen-Deni polisinin rəisi Mişel Lavo bildirib ki, polisin son əməliyyatı küçə satıcılarını, o cümlədən 200-ə yaxın qeyri-qanuni siqaret satanları hədəf alıb, onlardan bəziləri həbs edilib və yarısından çoxuna deportasiya əmri verilib.

Avropa Şurasının məlumatına görə, Fransa Rumıniya və Kiprdən sonra Avropada ən dolu həbsxanalara malikdir və 2024-cü ildə ölkədə məhbusların sayı, Sloveniya istisna olmaqla, blokun digər ölkələri ilə müqayisədə daha sürətlə artacaq.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir