Cəmiyyət

Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edildi

TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Kamal Hacıyevə həvalə edilib. Qeyd edək ki, K.Hacıyev bu təyinata qədər bir sıra dövlət və özəl strukturlarda, həmçinin keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb. Xeberal.az

Dünya

Türkiyədə bir ilk: Avropada 1-ci, dünyada 3-cü olacaq layihə tamamlandı – FOTO

Türkiyədə Yeni Ziqana tunelinin tikintisi başa çatıb. 2017-ci il martın 17-də təməli qoyulan və o vaxtdan tikintisi davam edən Ziqana tunelində işlər yekunlaşıb. Böyük əhəmiyyət kəsb edən bu tunel Şərqi Qara dəniz və Qafqaz, Yaxın Şərq və İranı birləşdirən mühüm marşrut olacaq. Bu tunel Türkiyə və Avropada ilk ən uzun, dünyada isə üçüncü ən uzun […]

Siyasət

ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşü başlayıb

Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir. Bu barədə Azərbaycan XİN sosial şəbəkə səhifəsində paylaşım edib. Bildirilib ki, görüş ABŞ Dövlət katibi Antoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutur. HAPPENING NOW: The meeting between the Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun […]

Müharibə

Cəbrayılda çoban minaya düşərək öldü – YENİLƏNİB + VİDEO

Cocuq Mərcanlıda mina partlayışı ilə bağlı cinayət işi açılıb. Bu barədə Oxu.Az-a Cəbrayıl rayon prokurorluğundan bildirilib. Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 1964-cü il təvəllüdlü Oktay Alışovun ölməsi müəyyən edilib. Faktla bağlı Cəbrayıl […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin milli geyimləri onların Qafqaza aid olmadıqlarını sübut edir” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işcisi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müəllimi, dosent Sahibə Budaqova Qərbi Azərbaycanın demoqrafik vəziyyəti və coğrafi mühitindən bəhs edib. O, son dövrlərdə Qərbi Azərbaycan haqqında yeni tarixi həqiqətlər üzə çıxdığını bildirərək, ermənilərin etnik təmizləmə, oğuz-türk toponimlərinin […]

Cəmiyyət

ANAMA mina hadisələrinin sayının artması ilə əlaqədar vətəndaşlara çağırış edib – FOTO

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) son günlər baş verən ardıcıl mina hadisələrinin sayının artması ilə əlaqədar vətəndaşlara çağırış edib. Oxu.Az xəbər verir ki, qurum işğaldan azad olunmuş ərazilərdə səfərdə olarkən vətəndaşları məsuliyyətli olmağa çağırıb. “Qaydalara riayət etməmək, təhlükəsiz ərazilərdən kənara çıxmaq, xəbərdaredici nişanların tələblərinə riayət etməmək, məsuliyyətsiz və təkəbbürlü addım atmaq – sizi və yaxınlarınızı […]

Cəmiyyət

Bakıda 12 yaşlı məktəbli özünü binadan ataraq intihar etdi – FOTO

Dünən axşam saat 22 radələrində Bakıda məktəbli intihar edib. “Qafqazinfo”nun məlumatına görə, Binəqədi rayonu 7-ci mikrorayon 1260-cı məhəllədə yerləşən “Piramida MTK”ya məxsus çoxmərtəbəli binada yaşayan 2011-ci il təvəllüdlü Sürəyya Rüfət qızı Əliyeva özünü 10-cu mərtəbədəki mənzilin eyvanından atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bildirilir ki, 12 yaşlı S.Əliyeva 244 saylı orta məktəbin 6-cı […]

Siyasət

Polisdən xüsusi əməliyyat: İranın casus şəbəkəsinin 16 üzvü həbs edildi – FOTO/VİDEO

Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən həbs ediliblər. Oxu.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin […]

Cəmiyyət

Azərbaycanda qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Azərbaycanda qeyri-sabit hava şəraiti mayın 4-dək davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Mayın 1-i axşam, 2-3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. […]

Dünya

Avropada ümumi dərman ehtiyatı yaratmaq təklif edilib

Ümumdünya Tibb Assosiasiyasının (WMA) rəhbəri Frank Ulrix Montqomeri Avropa üçün ümumi dərman ehtiyatı yaratmağı təklif edib. Montqomeri, xüsusilə on ildən artıqdır ki, dərman qıtlığının artdığına diqqət çəkib. Onun sözlərinə görə, buna səbəb sənaye üçün iqtisadi stimulların düzgün təyin edilməməsi olub. “Patentsiz istehlak malları üçün marjanın aşağı olduğu təxmin edilir, “böyük əczaçılıq” artıq bu dərmanlarla maraqlanmır və […]