İdman

“Yuventus” məğlubiyyətdən qaçdı – VİDEO

İtaliya A Seriyasının XXXII turunda “Yuventus” “Bolonya”nın qonağı olub. Oxu.Az xəbər verir ki, matçda qalib müəyyənləşməyib – 1:1. Meydan sahiblərinin heyətində Rikardo Orsolini fərqlənib. Turin klubunun bərabərlik qoluna Arkadiuş Milik imza atıb. “Yuventus” 60 xalla 3-cü, “Bolonya” 45 xalla 8-cidir. Xeberal.az

İdman

“Formula-1” Azərbaycan Qran-Prisini 250-ə yaxın xarici və yerli media nümayəndəsi işıqlandırıb

Bakı şəhər halqası yeddinci mövsümü ilə minlərlə azarkeşi “Formula-1” Azərbaycan Qran-Prisində qarşıladı. Rekordları qıran builki Bakı yarışının bütün tribuna biletləri tamamilə satılaraq dünyanın 100-dən çox ölkəsindən azarkeşləri bir araya gətirdi. Eyni vaxtda 30 minə yaxın sürət həvəskarının canlı izlədiyi Azərbaycan Qran-Prisini 250-ə yaxın xarici və yerli media orqanı işıqlandırıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Oxu.Az-a verilən məlumata […]

İdman

Azlıqda qalan PSJ öz meydanında uduzdu – VİDEO

Fransa I Liqasının XXXIII turunda lider PSJ “Loryan”a uduzub. Oxu.Az xəbər verir ki, Paris klubu özü meydanında məğlub olub – 3:1 Komanda 20-ci dəqiqədə Əşrəf Hakiminin qırmızı vərəqə almasından sonra meydanda azlıqda qalıb. Məğlubiyyətə baxmayaraq, PSJ 75 xalla vahid liderdir. “Loryan” isə 48 xalla 10-cu pillədə qərarlaşıb. Xeberal.az